İsraildə terror hücumu: ölənlər və xəsarət alanlar var

İsrailin mərkəzindəki Holon şəhərində bıçaqlı şəxs ətrafdakı insanlara hücum edib.

Viral.az xəbər verir ki, hücum nəticəsində iki nəfər ölüb, daha iki nəfər yaralanıb.

Polis cinayətkara atəş açıb. Onun xəstəxanada öldüyü bildirilib.

Son Yazılar:

Qeyd edilir ki, hadisə terror aktı adlandırılıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, hücumçu hadisə yerinə gələn polis zabiti tərəfindən güllələnib.