Zəngilanda yanğın – VİDEO

Zəngilan rayonunun Şəfibəyli kəndində yanğın baş verib.

Viral.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunublar.

Son Yazılar:

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində açıq ərazidə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində açıq ərazidə ümumilikdə 120 hektar sahədə kol-kos, quru ot, biçilmiş taxıl sahəsi yanıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.