Hüquq-mühafizə orqanları seçkilərdən sonra ölkəni bürümüş iğtişaşlar zamanı iki mindən çox etirazçını saxlayıb.
Viral.az xəbər verir ki, bunu Venesuela Prezidenti Nikolas Maduro deyib.
“Düşünürdülər ki, onların cinayətkar hücumları, pusquları, şiddətli iğtişaşları yenə də davam edəcək, 60 gün, 120 gün – bu onların hesablaması idi. Lakin 48 saat ərzində hərbçi və polislərin birliyinin reaksiyası sayəsində konstitusiyanın köməyi və sülh yolu ilə faşist üsyanına qarşı mübarizə apardıq”, – Maduro bildirib.
Son Yazılar:
- Əhaliyə XƏBƏRDARLIQ – Bu gecədən başlayaraq…
- Ermənilərin oğurlamaq istədiyi mahnımızın əsl adı NƏDİR?
- Moldova Rusiyaya qarşı bu sanksiyaya QOŞULDU
Onun sözlərinə görə, saxlanılanlar ciddi rejimli Tokoron və Tokuyito həbsxanalarında saxlanılacaqlar:
“2014-cü il hadisələrindən fərqli olaraq, bu dəfə onlar bağışlanmayacaq”.