Ukrayna Rusiya əsirliyindən 75 vətəndaşını geri qaytarıb.
Viral.az UNIAN-a istinadən xəbər verir ki, o cümlədən, ukraynalı müdafiəçilər, Milli Qvardiyanın üzvləri və sərhədçilər vətənə qayıdıblar.
Son Yazılar:
- Dərmanları soyuducuda saxlamaq olarmı? – Ekspert
- “Oreşnik” bütün Avropada hədəfləri vura bilər
- İstanbulda diplomat olduğunu deyən azərbaycanlı 70 kilo qızılla SAXLANILDI
Geri qayıdanlardan dördü mülki şəxsdir.
“Bütün bu müddət ərzində biz Rusiya əsirliyindən evə qaytarmaq üçün bir gün belə işimizdən əl çəkməmişik və bu gün bizim daha 75 insanımız Ukraynaya qayıtmışdır Hər birini tapmaq üçün hər cür səy göstəririk”, – prezident Volodimir Zelenski ukraynalıların geri qayıtmasını şərh edib.