Bakıda parkda azyaşlı uşağı elektrik cərəyanı vurub.
Viral.az xəbər verir ki, bu barədə “Qafqazinfo”ya TƏBİB-dən bildirilib.
Son Yazılar:
- Qarabağ və Şərqi Zəngəzurda 28 SES TİKİLƏCƏK
- Sahibə Qafarova Tacikistan Prezidenti Emoməli Rəhmon ilə GÖRÜŞDÜ
- Azərbaycanda su ehtiyyatı 25 faiz AZALACAQ
Məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 03.08.2024-cü il tarixində saat 19:00 radələrində Nəsimi rayonu, Koroğlu parkı ərazisində yerləşən dayanacaqdan 4 yaşlı uşağı (kişi cinsli) elektrik cərəyanının vurması səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən xəsarət alan azyaşlı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Tibb müəssisəsində azyaşlıya zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyəti stabilləşən azyaşlı ambulator müalicə üçün evə buraxılıb.