Futbol üzrə Azərbaycan Premyer Liqasında birinci turun növbəti oyunu baş tutub.
Viral.az xəbər verir ki, günün ilk qarşılaşmasında “Sabah” və “Şamaxı” komandaları üz-üzə gəlib.
Son Yazılar:
- Mətbuat Şurası jurnalistləri bir araya gətirəcək
- Azərbaycan və BƏƏ birgə layihələri müzakirə ETDİ
- Parlament bələdiyyələrlə ilə bağlı yeni qanun layihəsinə BAXACAQ
“Bank Respublika Arena”da reallaşan görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
“Sabah”ın heyətində Namik Ələsgərov ilə Xəyal Əliyev, “Şamaxı”da isə Rüfət Abbasov və Pusi fərqləniblər.
Günün son oyununda “Zirə” “Səbail”i sınağa çəkəcək. Zirə İdman Kompleksinin stadionunda oynanılacaq matç saat 20:00-da başlayacaq.
Turun daha əvvəl keçirilən qarşılaşmalarında “Qarabağ” “Araz-Naxçıvan”a 4:1, “Sumqayıt” “ Kəpəz”ə 2:0 hesabı ilə qalib gəlib. “Neftçi” – “Turan Tovuz” oyunu isə qolsuz heç-heçə ilə yekunlaşıb.