“Heç bir dərman xəstəliyimə əlac olmadı” – Hidayətqızı

Tanınmış jurnalist Xoşqədəm Hidayətqızı çətin sağalan xəstəlikdən əziyyət çəkirmiş.

Viral.az xəbər verir ki, bu barədə Xoşqədəm Hidayətqızı müəllifi olduğu “Səni Axtarıram” verilişində məlumat verib.

Jurnalist bacılarının fədakarlığı sayəsində sağlamlığına qovuşduğunu bildirib. O, həmin anları belə xatırlayıb:

Son Yazılar:

“Mən bir az çox xəstə oldum. Heç bir həkimin yazdığı dərmanlar xəstəliyimə əlac olmadı. Bacılarım (red. Roza və Təranə xanım) mənə demədən Ağdərə rayonuna gediblər. Görürəm iki gündür onlar evdə yoxdur. Bacılarım günləri bölmüşdülər ki, Arda ilə Arına baxsınlar. Onları (red. bacılarımı) evdə görməyəndə narahat olmuşdum. Necə olub xəbərim yoxdur. Bir gün səhər gözümü açdım, gördüm bacım artıq evdədir. Dedi Ağdərəyə getmişdik. Şok yaşadım, dedim ən ucqar o kəndə necə getmisiniz, ermənilər oranı xarabaya döndərmişdilər, həm də o ucqar kəndə traktorla, “Niva”yla çıxırdıq. Dedi ora getməliydik, bir ona görə getməliydik ki, qardaşımızın məzarını ziyarət edək, ikincisi, orada su var, o sudan sənə gətirək. Sən o sudan istifadə edən kimi özünə gələcəksən. Bəlkə də buna kimsə inanmayacaq, həqiqətən o sudan sonra mən sağaldım”.

Metbuat.az