Əgər vitse-prezident Kamala Harrislə debat gələn ay “FOX News”da olmayacaqsa, ümumiyyətlə iştirak etməyəcəm.
Viral.az xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş prezidenti Donald Tramp sosial mediadakı hesabında yazıb.
Son Yazılar:
- “Türk Hava Yolları” şirkəti İtaliyaya bəzi uçuşları ləğv ETDİ
- Azad edilmiş ərazilərdə yeni yaradılan iş yerlərinin sayı AÇIQLANDI
- Dövlət başçısı Timor-Leste Prezidentini təbrik ETDİ
“Mən onunla sentyabrın 4-ü görüşəcəyəm, ya da bu görüş olmayacaq”, – deyə Tramp qeyd edib.
Tramp bu qərarı əvvəlcədən Prezident Co Baydenlə razılaşdırılmış 10 sentyabr debatından imtina etməsindən sonra verib. Keçmiş prezident “ABC News”un keçirəcəyi bu debata razılıq versə də, Bayden seçki yarışından çəkildikdən sonra həmin debata qatılmaqdan imtina edib və əvəzində sentyabrın 4-də “FOX News”da görüşmək təklifini irəli sürüb. Kamala Harris isə əvəzində Tramp gəlməsə də, sentyabrın 10-da “ABC News”un təşkil edəcəyi debata qatılacağını bildirib.