Uşaq bağçasında YANĞIN

Mingəçevir şəhərində yerləşən uşaq bağçasında yanğın qeydə alınıb.

 

Viral.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Son Yazılar:

 

Qeyd olunub ki, Mingəçevir şəhərində ümumi sahəsi 220 m² (hər mərtəbəsi 110 m²) olan ikimərtəbəli uşaq bağçasının 2-ci mərtəbəsində sahəsi 60 m² olan 1 otağının döşəməsi 40 m² sahədə və sahəsi 40 m² olan otağın döşəməsi 20 m² sahədə yanıb.

 

Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.