Bərdədə kişi qardaşı arvadını öldürdü

Avqustun 5-də səhər saatlarında Bərdə rayonu Kələntərli kəndində 1991-ci təvəllüdlü İbrahimova Sədaqət Rauf qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN-in Mətbuat xidmətindən Viral.az-a verilən məlumata görə cinayət əməlini törətməkdə şübhəli bilinən, qadının qaynı 1995-ci il təvəllüdlü İbrahimov Azər Rəşid oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə hadisə ailə münaqişəsi zəminində baş verib.

Son Yazılar:

Araşdırma aparılır.