Sabah Bakının bu küçəsi tam BAĞLANACAQ

Sabah saat 00:00-dan avqustun 9-u saat 09:00-a qədər Bakının Nərimanov rayonunun Əhməd Rəcəbli küçəsində (Cəfər Xəndan küçəsindən Ziya Bünyadov prospektinə qədər) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Viral.az bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddət ərzində hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, – deyə agentlik bəyan edib.

Son Yazılar: