Türkiyə rəqəmsal faşizmlə qarşı-qarşıyadır.
Viral.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AK Partiya) baş qərargahında keçirilən İnsan Haqları Təhsil Proqramında çıxışı zamanı deyib.
O bildirib ki, HƏMAS lideri İsmayıl Haniyənin sosial şəbəkə platformalarında fotolarının yayılmasının, onun haqqında yazılan yazıların dərc edilməsinin məhdudlaşdırılması düzgün deyil: “Bu, azadlıq deyil, demokratiya deyil”.
Son Yazılar:
- Bakıda söküntü başladı: İki yeni park SALINACAQ
- Sibel Can səhnədə yıxıldı – VİDEO
- Dəhşətli qəzada ölən çavuş Bəhlulun FOTOLARI
R.T.Ərdoğan qeyd edib ki, bu, ilk belə hal deyil.
Xatırladaq ki, avqustun 2-də Türkiyədə “Instagram”a giriş bağlanıb.
Buna səbəb kimi HƏMAS lideri İsmayıl Haniyə ilə bağlı paylaşımlara “Instaqram”ın qadağa qoyması göstərilir.