XİN müraciət etdi: bu ölkəyə səfər etməyin

Fələstin Dövlətinin yerləşdiyi regionda sürətlə dəyişən təhlükəsizlik vəziyyəti nəzərə alınaraq, Azərbaycan Respublikası vətəndaşlarına zəruri olmadığı təqdirdə Fələstin Dövlətinə səfər etməmələri tövsiyə olunur.

Bu barədə Viral.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

“Hal-hazırda Fələstin Dövlətində yaşayan və səfərdə olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri, əhalinin sıx toplaşdığı yerlərə getməmələri zəruridir”, – deyə açıqlamada bildirilir.

Son Yazılar: