Qırğızıstanla COP29-a hazırlıq müzakirə olundu 

Bakıda Qırğız Respublikasının nümayəndə heyəti ilə görüş keçirilib

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Viral.aza verilən məlumata görə, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Son Yazılar:

 

Görüşdə Qırğız Respublikasının təbii resurslar, ekologiya və texniki nəzarət naziri Azis Saparaliyevin başçılıq etdiyi nümayəndə heyəti və ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev iştirak edib.