Növbəti tədris ili üçün Bakı Dövlət Universitetinin Hüquqşünaslıq fakültəsində SABAH qruplarına qəbul aparılmayacaq.
Viral.az xəbər verir ki, bu barədə APA Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə istinadən bildirilib.
Son Yazılar:
- Moskva son 75 ilin ən yağışlı gününü YAŞADI
- Netanyahu Britaniyaya gəlsə, həbs olunacaq
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix AÇIQLANDI
Qeyd edilib ki, Hüquqşünaslıq fakültəsinin SABAH qruplarına qəbulun yalnız Qarabağ Universitetində aparılması nəzərdə tutulub.
SABAH qrupları 2014-2015-ci tədris ilində yaradılıb. Qrupun məqsədi tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etməkdir. 2024-2025-ci tədris ilində Qarabağ Universitetinin bakalavriat səviyyəsində “SABAH” qruplarına tələbə qəbulu aparılacaq.
SABAH qruplarında Azərbaycan dili və ədəbiyyat müəllimliyi, ibtidai sinif müəllimliyi, hüquqşünaslıq, maliyyə, riyaziyyat müəllimliyi, xarici dil müəllimliyi (ingilis dili) və mühasibat ixtisasları tədris olunacaq.