İspaniya klubu argentinalı futbolçu üçün 75 milyon avro təklif etdi

İspaniyanın “Atletiko” klubu Xulian Alvaresin transferi üçün “Mançester Siti”yə 75 milyon avro təklif edib.

Viral.az “Relevo”ya istinadla xəbər verir ki, Madrid klubunun 24 yaşlı hücumçu üçün təklifinə bonuslar da daxildir.

Hazırda futbolçunun müqaviləsi ilə bağlı bəzi detallar haqqında danışıqlar davam edir.

Son Yazılar:

Qeyd edək ki, Argentinalı futbolçu ötən mövsüm Premyer Liqada meydana çıxdığı 36 oyunda 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.