İsrailin Baş naziri Benyamin Netanyahu müdafiə naziri Yoav Qallantı istefaya göndərməyi düşünür.
Viral.az xəbər verir ki, bu iddia ilə “The Jerusalem Post” nəşri çıxış edib.
Bildirilir ki, buna səbəb “Likud” partiyası daxilindəki narazılıqların daha da kəskinləşməsidir.
Son Yazılar:
- Bakı metrosunda 9 yeni stansiya TİKİLƏCƏK
- “Gənclik” NMM-ə avtobusların girişi MƏHDUDLAŞDIRDI
- Xalq artistinin yerinə gətirilən Kamilə Dadaş-zadə kimdir?
İddialara görə, hətta hökumət başçısı onun yerinə namizəd də tapıb. B.Netanyahunun fikrincə, bu vəzifəni istefada olan general Qabi Aşkinazi icra etməlidir.
Qeyd edək ki, 40 ildən çoxdur orduda xidmət edən 70 yaşlı Q.Aşkinazi 2007-2011-ci illərdə Baş Qərargah rəisi olub. 2020-2021-ci ilədək isə xarici işlər naziri işləyib.