Ermənistan KTMT-nin daha bir təlimində iştirakdan imtina etdi

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sentyabrın 3-dən 15-dək Qırğızıstanda keçiriləcək “Qarşılıqlı fəaliyyət-2024” təlimində iştirakdan imtina edib.

Viral.az xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti məlumat yayıb.

“Ermənistan tərəfi təlimlərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb”, – açıqlamada deyilir.

Son Yazılar:

Qeyd edək ki, Ermənistan KTMT-nin Rusiya Qvardiyasının rəhbərliyi ilə avqustun 14-dən 16-dək Novosibirskdə keçiriləcək “Kobalt-2024” təlimlərində də iştirakdan imtina edib.

Bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin KTMT-dən çıxacağını açıqlasa da, bununla bağlı konkret tarix göstərməyib.