Bu ərazilərdə qaz OLMAYACAQ – XƏBƏRDARLIQ!

Paytaxtın Nəsimi rayonunun və Sumqayıt şəhərinin bir hissəsində qaz olmayacaq

Viral.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyi (İB) məlumat yayıb.

Bildirilib ki, Nəsimi rayonunun Cavadxan küçəsində 3 ədəd siyirtmənin əvəz olunması və Sumqayıt şəhərinin Corat qəsəbəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə 06.08.2024-cü il tarixdə saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.

Son Yazılar:

Qaz təchizatı dayandırılan müddətdə Nəsimi rayonunun (Cavadxan, 20 Yanvar, Asif Məhərrəmov küçələri) və Sumqayıt şəhərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.