Güləşçimiz yarımfinala çıxdı – YENİLƏNİB

Sənan Süleymanov (77 kq) Paris Yay Olimpiya Oyunlarında növbəti görüşünə çıxıb.

Viral.az xəbər verir ki, təmsilçimiz 1/4 finalda macarıstanlı Zoltan Levayla üz-üzə gəlib.

1/8 finalda zədələnən idmançımız yarımfinala vəsiqə qazanıb.

Son Yazılar:

***

14:37

Azərbaycan yunan-Roma güləşçisi Sənan Süleymanov (77 kq) Paris Yay Olimpiya Oyunlarında ilk görüşünü keçirib.

Viral.az xəbər verir ki, o, 1/8 finalda Bolqarıstanı təmsil edən erməni əsilli Aik Mnatsakanyanla qarşılaşıb.

Güləşçimiz bu görüşdə 2:0 hesablı qələbə ilə 1/4 finala adlayıb.