Şoyqu Fəxri Xiyabanda – VİDEO

Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Bakıya işgüzar səfəri çərçivəsində Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.

 

Viral.az İnterfaks-a istinadən xəbər verir ki, Şoyqu həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarına da gül dəstələri düzüb.

Son Yazılar:

 

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Azərbaycana səfəri zamanı Prezident İlham Əliyev, eləcə də Azərbaycan Prezidenti yanında Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla görüşüb.