Misir Prezidenti Əbdülfəttah əs-Sisi və amerikalı həmkarı Co Bayden Qəzza zolağında atəşkəsin yaradılması üçün birgə işi davam etdirmək barədə razılığa gəliblər.
Viral.az xəbər verir ki, Amerika tərəfinin təşəbbüsü ilə onlar arasında telefon danışığı olub.
“Dövlət başçıları Qəzzada atəşkəs və iki dövlət prinsipinin həyata keçirilməsinə yönəlmiş birgə intensiv fəaliyyəti davam etdirmək barədə razılığa gəliblər” – deyə Misir prezidentinin nümayəndəsi Əhməd Fəhmi özünün feysbuk əhifəsində yazıb.
Son Yazılar:
- Bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
- Rumıniyada prezident seçkisi KEÇİRİLİR
- Meteohəssas insanların NƏZƏRİNƏ!
Əs-Sisi və Bayden də söhbət zamanı təsdiqləyiblər ki, onlar bölgədəki vəziyyətin gərginliyini azaltmaq və orada təhlükəsiz mühiti bərpa etmək üçün hər cür səy göstərməyə davam edəcəklər.
(redaktor.az)