Azərbaycanın yunan-Roma güləşçisi Sabah Şəriəti “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb.
Viral.az xəbər verir ki, 130 kiloqramda mübarizə aparan idmançı iranlı dünya çempionu Amin Mirzəzadə ilə qarşılaşıb.
Son Yazılar:
- Azərbaycanda 80 MİNLİK XINA: ""Tanrı, məni quş elə" deməyimi istəyirlər" – VİDEO
- Ərdoğan ilə Mark Rütte Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti müzakirə EDƏCƏK
- Dayısının 14 yaşlı qızı ilə evlənən şəxsə hökm OXUNDU
Görüşün ilk hissəsi rəqibin 3:0 hesablı qələbəsi ilə başa çatıb. İkinci yarıda qaşından ciddi zədə alan S.Şəriəti tibbi müdaxiləyə ehtiyac duyub.
Yekunda rəqibinə 0:4 hesabı ilə uduzan güləşçimiz 5-ci yerlə kifayətlənib.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.