Türkiyənin Adana vilayətində ard-arda 3 zəlzələ qeydə alınıb.
Viral.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Son Yazılar:
- 30 milyon insanın həyatı təhlükə ALTINDADIR
- Cüdoçularımız Avropa Kubokunda 4 medal QAZANDI
- Ərindən boşanan Afətin ilk işi görün nə oldu
Kozan rayonunda baş verən zəlzələlər 4,6, 4,5 və 4 bal gücündə olub. Zəlzələlər 7-7.6 kilometr dərinlikdə baş verib.
Türkiyənin daxili İşlər Naziri Əli Yerlikaya indiyə qədər heç bir neqativ halla rastlaşmadıqlarını açıqlayıb.
“Adananın Kozan mərkəzində ard-arda 4,6, 4,5 və 4 bal gücündə 3 zəlzələ baş verib. Ətraf vilayətlərdə də hiss olunan zəlzələ zamanı AFAD və aidiyyatı qurumlarımızın bütün qrupları araşdırmalarını davam etdirir”, – o, sosial media hesabında yazıb.