Litva səfiri Gürcüstan XİN-ə ÇAĞIRILDI

Gürcüstan Xarici İşlər Nazirliyi Litvanın səfiri Andrius Kalindranı XİN-ə çağırıb.

 

Viral.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, rəsmi məlumata görə, XİN səfiri “Vilnüsun Gürcüstanın daxili işlərinə qarışmasına görə” çağırıb.

Son Yazılar:

 

“Gürcüstan tərəfi səfirə izah etdi ki, son vaxtlar Litva rəsmilərinin verdiyi bəyanatlar, eləcə də Litva xarici işlər nazirinin etiraz aksiyasında iştirakı və Gürcüstan səfirinin Litva Xarici İşlər Nazirliyinə çağırılması ilə bağlı qərar qəbul edilib. Ölkənin daxili işlərinə kobud müdaxilədir və iki dövlət arasında ənənəvi olaraq mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinə uyğun gəlmir”, – Gürcüstan Xarici İşlər Nazirliyi bildirib.

 

Xatırladaq ki, Litva XİN rəhbəri mayın 15-də Tbilisidə müxalifətin “xarici agentlər haqqında” qanuna etiraz aksiyasında iştirak etmişdi.