Bu ərazilərdə qaz KƏSİLDİ

Yasamal rayonunun Həsən bəy Zərdabi prospekti 47 və 75 ünvanlarında, Qaradağ rayonunun isə Ümid qəsəbəsində yeni çəkilmiş qaz xəttlərinin mövcud şəbəkəyə qoşulması məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılıb.

Azəriqaz İB-dən Viral.az-a bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Yasamal rayonunun H.B.Zərdabi və Mətbuat prospektlərinin, eləcə də Akim Abbasov və Əbdürrəhim bəy Haqverdiyev küçələrinin bir hissəsinin, Qaradağ rayonunun isə Ümid qəsəbəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Son Yazılar: