İƏT-in təcili iclasına kim gedəcək?- XİN

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin bu gün – avqustun 7-i Ciddədə keçiriləcək təcili iclasına Azərbaycandan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev qatılacaq.

Bu barədə Viral.az-a Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib.

Qeyd edək ki, İƏT-in təcili iclası ötən gün çağırılıb. Bu gün keçiriləcək toplantıda əsas mövzu Yaxın Şərqdəki durum və HƏMAS lideri İsmayil Haniyənin ölümündən sonra yaranan gərginlikdir.

Son Yazılar: