İlham Əliyev bu deputatla bağlı sərəncam İMZALADI

Rafael Baba oğlu Hüseynov “Şərəf” ordeni ilə təltif edilib.

Viral.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

O, Azərbaycanda ədəbiyyatşünaslıq elminin inkişafında böyük xidmətlərinə və uzunmüddətli səmərəli ictimai-siyasi fəaliyyətinə görə təltif edilib.

Son Yazılar:

Qeyd edək ki, R.Hüseynov 1954-cü il avqustun 12-də Kürdəmir şəhərində anadan olub. 2003-cü ildən AMEA-nın Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Milli Muzeyinin direktorudur. İkinci, üçüncü, dördüncü, beşinci və altıncı çağırış Milli Məclisin deputatı olub.