Ukrayna Prezidenti Volodimir Zelenski hərbi vəziyyət və ümumi səfərbərlik müddətinin yenidən uzadılması barədə qanun imzalayıb.
Viral.az yerli mediaya istinadla xəbər verir ki, bu barədə məlumat ölkə parlamentinin rəsmi saytında dərc edilib.
Yeni qanuna görə, Ukraynada səfərbərlik daha 90 gün müddətinə uzadılıb.
Son Yazılar:
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
- Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır
Qeyd edək ki, Ukraynada hərbi vəziyyət və ümumi səfərbərlik 2022-ci il fevralın 24-dən etibarən tətbiq olunub və müddəti mütəmadi olaraq uzadılıb. Bundan əvvəl Zelenski ölkədə ümumi səfərbərlik və hərbi vəziyyətin 2024-cü il avqustun 11-dək uzadılmasını nəzərdə tutan qanun imzalamışdı.