Alimlər Marsı insan həyatına uyğunlaşdırmağın yolunu tapdılar

Amerikalı və Avropalı planetoloqlar Marsın atmosferinə az miqdarda dəmir və ya alüminium nanohissəcikləri səpməyi təklif ediblər ki, onların Günəş şüaları ilə qarşılıqlı təsiri istixana effekti yaradacaq və Marsı insan həyatı üçün daha əlverişli edəcək.

Viral.az xəbər verir ki, alimlərin hesablamaları “Science Advances” elmi jurnalında dərc olunan məqalədə yer alıb.

“Hesablamalarımız göstərir ki, bu nanohissəciklər planetin səthindən Marsın atmosferinin yuxarı təbəqələrinə qalxacaq və güclü istixana effekti sayəsində az sayda olsa da, bu hava təbəqələrində uzun müddət üzəcək Marsın havasına daxil olan nanohissəciklər Marsda temperaturu 30 dərəcədən çox artıracaq ki, bu da onun qütb qapaqlarının əriməsi prosesinin başlanmasına səbəb olacaq”, – planetoloqlar yazır.

Son Yazılar:

Bu təşəbbüs Evanstondakı Şimal-Qərb Universitetinin (ABŞ) professoru Homan Mohseninin rəhbərlik etdiyi bir qrup avropalı və amerikalı planetoloqlar tərəfindən Marsın kolonizasiyası perspektivlərinin hərtərəfli tədqiqi zamanı irəli sürülüb. Buna əsas maneələrdən biri də Mars atmosferinin hədsiz dərəcədə nazik olmasıdır ki, bu da onun səthinə enmə prosesini çətinləşdirir, həmçinin Marsda istiliyi saxlayan istixana effektinin qarşısını alır.

Bir çox planetşünas alim bu problemin Marsın qütb qapaqlarını birtəhər əritməklə həll oluna biləcəyini təklif edir. Professor Mohseni və onun həmkarları öz hesablamalarında buna Mars atmosferinə dəmir və ya alüminiumdan ibarət çubuqvari nanohissəciklərin səpilməsi ilə nail oluna biləcəyini və onların eninin təxminən 60 dəfə çox olduğunu müəyyən ediblər.

Belə nanostrukturlar, tədqiqatçıların fikrincə, işığı və istiliyi qeyri-adi dərəcədə yaxşı əks etdirir – onlar bu baxımdan ən güclü süni flüor tərkibli istixana qazlarından 3-5 min güclüdür. Bu nanohissəciklərin digər üstünlüyü ondan ibarətdir ki, onlar yerli süxurlardan dəmir çıxararaq birbaşa Marsın səthində istehsal oluna bilər ki, bu da onları müstəmləkələşdirilmiş planetdə demək olar ki, qeyri-məhdud miqdarda əldə etməyə imkan verəcək.

Bundan əlavə, alimlərin apardığı hesablamalar göstərir ki, Marsın atmosferini qızdırmaq və onun buz qapaqlarının əriməsinə təkan vermək üçün saniyədə 30 litrə yaxın olan çox az sayda nanohissəciklərin daim havaya buraxılması lazımdır.

Professor Mohseni və həmkarları bu qənaətə gəliblər ki, bu, yerli resurslardan istifadə (ISRU) və nanohissəciklərin istehsalı üçün mövcud texnologiyalardan istifadə etməklə nəzəri cəhətdən mümkündür ki, bu da Marsın insan həyatına uyğunlaşdırılmasının bir çox tədqiqatçının güman etdiyindən xeyli az resurs və vaxt tələb edəcəyini göstərir.

(redaktor.az)