Azərbaycanın yunan-Roma güləşçisi Sənan Süleymanov “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal görüşünə çıxıb.
Viral.az xəbər verir ki, 77 kiloqramda mübarizə aparan idmançı qırğızıstanlı Akjol Mahmudovla qarşılaşıb.
Son Yazılar:
- Prezidentdən nazirlə bağlı SƏRƏNCAM
- Qarabağa səfər edənlərin diqqətinə: Biletlər satışa ÇIXARILIR
- Bu qatarların reysləri bərpa OLUNUR
Rəqibinə 5:6 hesabı ilə uduzan S.Süleymanov 5-ci yerlə kifayətlənib.
Daha əvvəl Sabah Şəriəti (130 kiloqram) Paris Olimpiadasında analoji nəticəyə imza atıb.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində üç medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, Alfonso Dominqes (92 kiloqram) isə finala vəsiqə qazanmaqla ən azı gümüş mükafatı təmin edib.