Kiyev hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə kütləvi hücumu ilə terrorçuluq xarakterini sübut etdi.
Viral.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
“Kiyev rejimi özünün terrorçu mahiyyətini sübut edir”, – deyə o, baş verənləri şərh edərkən X-də yazıb.
Son Yazılar:
- Sərnişinin halı pisləşdi, təyyarə Bakıya təcili eniş ETDİ
- İcra başçısının birinci müavini məhkəmədə vətəndaşa UDUZDU
- Bu ölkədə göyöskürək epidemiyası elan EDİLDİ
Xatırladaq ki, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətinə kütləvi hücumu avqustun 6-da başlayıb. Bölgədə dəfələrlə raket təhlükəsi elan edilib. Atışma və PUA hücumları nəticəsində Kursk vilayətinin 5 sakini həlak olub. Rusiya Səhiyyə Nazirliyinin məlumatına görə, altı uşaq olmaqla 24 nəfər xəsarət alıb.
(redaktor.az)