Biz kimdən danışaq?

Biz kimdən danışaq: gözləri yollarda hey oğlunun yolunu gözləyən şəhid anasındanmı? Yoxsa şəhidlərin ölməzliyinə inanan uca atalardanmı? Bəlkə şəhid atasını kiçicik qəlbinin dərinliklərində yaşadan gülüzlü şəhid övladından?

Qəhrəmanlıq, igidlik kimi xüsusiyyətlər ta qədimdən türk xalqına məxsus olub. Bu xüsusiyyətlərin türk xalqında təcəssüm etməsinin tək bir deyil, saysız-hesabsız sübutları var. Döyüş zamanı düşmənin üzərinə aslantək yürüyən oğullarımız, çiyinlərində illərin sıxıntısı, çətinlikləri olmasına rəğmən ayaqları üzərində durmağı bacaran igidlərimiz, neçə-neçə qəhrəmanlarımız, Vətən torpağını canından üstün tutan şəhidlərimiz. Onların hər birinin adında tam başqa məna, bir ayrı dünya var. Çünki onlar bizlərdən fərqli olaraq Vətən torpağını özlərinə yorğan etdilər. Azərbaycan xalqı üçün elə xalqın yetişdirdiyi oğullar canlarından keçərək əbədi yaddaşlarda qaldılar, tarix kitabına yeni səhifə açdılar, amma biz bilirik və əminik ki, onlar bu gün də var, sabah da olacaqlar. Necə deyərlər, “Şəhidlər ölməz, Vətən bölünməz”.

Bizim igid ərənlərimiz Şah İsmayılın, Qaçaq Nəbinin, Şah Abbasın, Məhəmməd Əmin Rəsulzadənin nəvələridir. Onların damarlarından Nəsiminin, Füzulinin, Mirzə Ələkbər Sabirin qanı axır. Bu gün ölkəmizin gəncləri özləri üçün tək bir yol tutmalıdır. O yol ki, Mübariz İbrahimovundur, o yol ki, Muxtar Qasımlınındır, o yol ki, Xudayar Yusifzadənindir, o yol ki, haqqın yoludur!

Son Yazılar:

Ar olsun o kəsə ki, doğma torpağına, yurduna biganə qalır. Lənət olsun öz el-obasını namərdə satan saxtakarlara. Ayıblar olsun yalançı “sənətkara”.
Xalqımızın və xalqın yetişdirdiyi qəhrəman oğulların, ruhunu Vətənə təslim edən qazilərin, həqiqi vətəndaş üçün heç vaxt unudulmayacaq cümlə şəhidlərin, türk dünyasının qəzəbi olsun məhz vətənə dönük çıxan, biganə qalan, öz məzhəbini danan kəslərin üzərinə!
Nifrət! Nifrət! Nifrət!…

Maarif Məmmədli, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi