20 yaşlı sürücü sükan arxasında qəfil öldü – FOTO

Oğuz rayonunda traktor sürücüsü qəfil ölüb.

Viral.az qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Dəymədağlı kənd sakini 2004-cü il təvəllüdlü Məmmədli Loğman Fərman oğlu traktorla hərəkətdə olarkən vəfat edib. Sükan arxasında olan gəncin ürəktutmadan həyatını itirdiyi bildirilib.

Qeyd edək ki, avqustun 22-si Loğmanın 20 yaşı tamam olacaqmış.

Son Yazılar:

Faktla bağlı araşdırma aparılır.