Əhalinin dincliyini nümayişkaranə şəkildə pozaraq cəmiyyətə açıqca hörmətsizlik ifadə edən avtoxuliqanlığın qərəzli əməl olması, insanların həyat və sağlamlığını təhdid etməsi barədə dəfələrlə deyilməsinə, bu təhlükəli davranışa qarşı görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, təəssüf ki, hələ də belə neqativ hallarla rastlaşırıq.
Bu barədə Viral.az-a Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.
Bildirilib ki, təkcə cari ilin 7 ayı ərzində DYP tərəfindən 251 avtoxuliqanlıq faktı aşkarlanıb və məhkəmələr tərəfindən bu əməli törədən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ən sərt sanksiyalar tətbiq edilib.
Son Yazılar:
- Cəmi 3 sualla Alsheymer xəstəliyini diaqnoz ET
- Raketlərin yerləşdirilməsi ABŞ-nin qərarından asılıdır
- Raketlərin yerləşdirilməsi ABŞ-ın qərarından asılıdır
Lakin, konstruksiya dəyişikliyi edilmiş, dövlət qeydiyyat nişanları çıxarılmış, üzərində təhrikedici sloqanlar həkk olunmuş avtomobillərlə ictimai qaydanı kobud şəkildə pozan avtoxuliqanlar, bu azmış kimi törətdikləri əməlləri sosial şəbəkələrdə yayaraq dırnaqarası qəhrəmanlıqlarını təbliğ etməkdən çəkinmir, uşaq və yeniyetmələr arasında yol hərəkəti mədəniyyətinin formalaşmasına zərbə vurduqlarının fərqinə varmırlar.
Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə bundan sonra da ən kəsərli tədbirlərin görüləcəyini bildirməklə yanaşı, bir daha avtoxuliqanlığa meyilli şəxslərə müraciət edərək onları cəmiyyət üçün təhlükəli davranışlardan çəkinməyə, gənc nəslə faydalı əməllərlə örnək olmağa çağırır.