AFFA İntizam Komitəsi “Qarabağ”, “Neftçi”, “Araz-Naxçıvan” və “Sumqayıt” klublarını cərimələyib.
Viral.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.
Naxçıvan təmsilçisi I turda “Qarabağ”a 1:4 hesabı ilə uduzduqları matçdan sonra meydana kənər şəxslərin daxil olmasına görə 800 manat ödəyəcək. Klub görüş bitdikdən sonra futbolçular avtobusa rahat daxil ola bilmədikləri üçün 500 manat cərimələnib.
Son Yazılar:
- Ombudsman İƏT-in Baş katibi ilə GÖRÜŞDÜ
- Tramp komandasının bir hissəsi Putinin Ukrayna ilə bağlı şərtləri ilə razılaşır
- Bakının bu ərazisində işıq KƏSİLƏCƏK
Həmin qarşılaşmada ikinci sarıdan qırmızı vərəqə alan “Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev bir oyunluq cəza alıb, Ağdam klubuna 500 manat cərimə tətbiq edilib.
“Neftçi” isə “Turan Tovuz”la matçda (0:0) azarkeşlərin pirotexniki vasitədən istifadəsinə görə 1500 manat ziyana düşüb.
“Sumqayıt” “Kəpəz”lə (2:0) görüşdə Peşəkar Futbol Liqasının Əsasnaməsinin tələbləri pozulduğuna görə 500, oyun günü planına riayət etməyi üçün isə 1000 manat ödəməli olacaq.