Almaniya Ukraynaya “Patriot” və 500 milyon avro VERƏCƏK

Almaniya Ukraynaya əlavə “Patriot” hava hücumundan müdafiə sistemi və 500 milyon avro verəcək.

 

Viral.az UNIAN-a istinadən xəbər verir ki, proses ölkənin xarici işlər naziri Annalena Berbokun NATO liderlərinin görüşündə dediyi kimi baş tutacaq.

Son Yazılar:

 

O deyib ki, Ukraynanın müttəfiqləri Kiyevi dəstəkləməkdə “bir nəfər hamı üçün, hamı bir nəfər üçün” prinsipinə əməl etməlidir.

 

“Beynəlxalq hüquq aydındır: hücuma məruz qalan dövlətlərin təkcə öz ərazilərini müdafiə etmək hüququ deyil, həm də öz vətəndaşlarını qorumaq vəzifəsi var, bizim Ukraynaya hərbi dəstəyimiz bu prinsiplərə uyğundur”, – nazir əlavə edib.