Azərbaycanın sərbəst güləşçisi Maqomedxan Maqomedov “Paris-2024” Yay Olimpiya Oyunlarında yarımfinal görüşünü keçirib.
Viral.az xəbər verir ki, 97 kiloqram çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda gürcüstanlı Givi Matçaraşvili ilə qarşılaşıb.
Rəqibinə 0:5 hesabı ilə uduzan M.Maqomedov sabah bürünc medal uğrunda mübarizə aparacaq.
Son Yazılar:
- Metronun iş rejimi dəyişdirilir: Sərnişinlərin DİQQƏTİNƏ
- “Zaqatalada qazlaşma çox zəifdir” – Azər Kərimli
- Məşhur müğənni saxlanıldı – FOTO
Digər sərbəst güləşçi Hacı Əliyev (65 kiloqram) isə yarışı medalsız başa vurub.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 5 medal var. Cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram) isə bürünc medala sahib çıxıblar.