Ötən ilin oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin yeni mərhələsi başlayandan bəri Qəzza zolağında 500-ə yaxın tibb işçisi həlak olub.
Viral.az xəbər verir ki, bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, İsrailin zərbələri Fələstin anklavında 130 təcili yardım maşını məhv edib. Vurğulanıb ki, ümumilikdə Qəzza zolağında ölənlərin sayı 39 790, yaralıların sayı isə 92 002 nəfərə çatıb.
Son Yazılar:
- Bakı metrosunda 9 yeni stansiya TİKİLƏCƏK
- “Gənclik” NMM-ə avtobusların girişi MƏHDUDLAŞDIRDI
- Xalq artistinin yerinə gətirilən Kamilə Dadaş-zadə kimdir?
Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.