Latviya hakimiyyəti ölkədə yaşamaq icazəsi olan 800-dən çox rusiyalı təqaüdçünün deportasiyasına hazırlaşır.
Viral.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti yanında İnsan Hüquqları Şurasının üzvü Kirill Vışinski mayın 31-də bildirib.
Onun sözlərinə görə, bu gün Latviyada yaşamaq icazəsi ilə yaşamış rusiyalı pensiyaçıların qəbulunun təşkili ilə bağlı təkliflər hazırlayıb.
Son Yazılar:
- Ən ürəksiz BÜRCLƏRİN reytinqi
- Livanda BMT-nin 4 sülhməramlısı YARALANDI
- Türkiyədə terror aktı törətməyə hazırlaşan xüsusi təlim keçmiş terrorçu həbs OLUNDU
“Pskov vilayətində müvəqqəti yerləşdirmə məntəqələri mövcuddur, təqaüdçülərə ilk növbədə bura qəbul edə bilərik. Bundan sonra pensiyaçılar sosial müdafiə paketi almalıdırlar, çünki onlar mənzillərini itirirlər. Bu vəziyyətdə Latviyanın deportasiya ilə hədələdiyi pensiyaçılar üçün xüsusi sosial paket hazırlamaq lazımdır. Söhbət onların kirayə evləri üçün hansısa təminatlardan getməlidir”, – deyə Vışinski əlavə edib.
(redaktor.az)