“Braziliya Rusiya ilə sıx iqtisadi əlaqələrini kəsməli və ona ultimatum təqdim etməlidir”.
Viral.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “O Globo” telekanalına müsahibəsində deyib.
Braziliya prezidenti Lula da Silva ilə şəxsi təmaslarının olmamasından şikayət edən Zelenski, “əlaqələrin korlandığını” iddia edib.
Son Yazılar:
- Şirvanda ana və qızı həbs EDİLDİ
- Xalq artistinin evini almaq üçün növbə yarandı
- Daha bir azərbaycanlı müharibədə həlak oldu
Onun sözlərinə görə, Braziliya Rusiya ilə münasibətlərə həddindən artıq diqqət yetirir.
“Braziliya bizim tərəfimizdə olmalı və Rusiyaya ultimatum təqdim etməlidir”, – Ukrayna prezidenti tələb edib.
O, Braziliya liderini iyunun 15-16-da İsveçrədə Ukrayna üzrə keçiriləcək sammitdə iştirak etməyə çağırıb.
Bundan əvvəl Braziliya və Çin Ukrayna ilə bağlı yeni konfransın keçirilməsini təklif ediblər.
Sənəd Çinin xüsusi hərbi əməliyyatla bağlı imzaladığı ilk beynəlxalq bəyannamə olub.
(redaktor.az)