Fransada Olimpiya Oyunlarında planlaşdırılan terrorun qarşısı alındı

Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi Olimpiya Oyunlarında keçirilən tədbirləri hədəf alan terror aktının qarşısını alıb. Şübhəli 18 yaşlı oğlan evində saxlanılıb.

Viral.az xəbər verir ki, bu barədə  mayın 31-də “BFM TV” məlumat yayıb.

Gənc oğlan Sent-Etyen şəhərində, “Geoffroy Guichard” stadionunda keçiriləcək futbol yarışı zamanı terror aktı törətmək niyyətində şübhəli bilinir.

Son Yazılar:

Şübhəli şəxs özü ittihamları rədd edir. Bununla belə, o, şifrəli messencerlərdə “ünsiyyət qurduğunu” etiraf edib.

Axtarışlar zamanı müstəntiqlər onun kompüterində Saint-Etienne stadionunun fotoşəkilini tapıblar.

Onun telefonunda stadionun videoları da tapılıb.

Həbs olunmazdan əvvəl gənc nə polisin, nə də məhkəmə orqanlarının gözü qarşısında olmayıb.

O, 2023-cü ildə valideynləri ilə birlikdə Fransaya gəlib.

“Bu, 2024-cü ildə Parisdə keçirilən Olimpiya və Paralimpiya Oyunlarında qarşısı alınan ilk, 2017-ci ildən bəri kəşfiyyat xidmətlərimiz tərəfindən qarşısı alınan 50-ci terror aktıdır”, – Fransanın daxili işlər naziri Jerald Darmanin bildirib.

Telekanalın məlumatına görə, iyulun 24-dən iyulun 31-dək olimpiya oyunları çərçivəsində “Coffroy Guichard” stadionunda kişilər və qadınlar arasında altı futbol matçı keçiriləcək.

(redaktor.az)