Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun oyunlarına yekun vurulub.
Viral.az xəbər verir ki, son oyun günündə “Sabah” və “Zirə” komandaları üz-üzə gəliblər. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Son Yazılar:
“Zirə”nin heyətində qolları Rafael Utziq və Salifu Suma vurublar.
Günün ilk oyununda “Turan Tovuz” doğma meydanda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib.
Turun daha əvvəl baş tutan qarşılaşmalarında “Qarabağ” “Kəpəz”ə 3:0, “Araz-Naxçıvan” “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəlib. “Səbail” – “Neftçi” görüşü isə bərabərliklə bitib – 1:1.