Rusiya və Belarus “xüsusi hərbi əməliyyat zonası”nda (Ukraynada müharibədə – red.) təlim, silahlanma və döyüş əməliyyatlarında iştirak edən kollektiv Qərblə qarşıdurmada yoldaş olmalıdır.
Viral.az TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu deyib.
“Birləşmiş Qərb, 50-dən çox dövlət silahlanma, təlim və döyüş əməliyyatlarında iştirak edir – həm muzdlular, həm də təlimatçılar. Bir çox əməliyyatlar Qərb qərargahı tərəfindən planlaşdırılıb. Buna görə də, burada da, ötən onilliklər və əsrlər kimi, arxa-arxaya və çiyin-çiyinə olmalıyıq”, – deyə Şoyqu belaruslu həmkarı Aleksandr Volfoviçlə görüşdən sonra bildirib.
Son Yazılar:
- Kişi və qadın beyinləri fərqli imiş
- Bir çox ölkələr çörək əvəzinə bunu YEYİRLƏR
- Orqanizminiz laktoz qəbul ETMİR?
(redaktor.az)