Nazir müavini 500 min dollar rüşvət aldığı üçün HƏBS OLUNDU

Ukrayna məhkəməsi əvvəllər rüşvətxorluğa görə saxlanılan energetika nazirinin müavini Aleksandr Xeylonu girov ödəmək hüququ ilə həbs edib.

Viral.az xəbər verir ki, bu barədə Ukraynanın “Public” nəşri məlumat yayıb.

Girovun məbləği 25 milyon qrivna (610 min dollar) müəyyən edilib.

Son Yazılar:

Avqustun 12-də Ukraynanın Təhlükəsizlik Xidməti energetika nazirinin müavinlərindən birinin 500 min dollar rüşvət üstündə saxlanması barədə məlumat verib. Məmurun adı açıqlanmayıb. Eyni zamanda, “Ukrayna pravda” nəşri xəbər verib ki, söhbət Aleksandr Xeylodan gedir. Bu məlumatdan sonra hökumət Heilonu tutduğu vəzifədən azad edib.

İstintaqın məlumatına görə, nazir müavini “ödəniş müqabilində” Lvov-Volın kömür hövzəsindəki dövlət müəssisələrinin rəhbərlərinə Kiyevin nəzarətində olan Donbass ərazilərindən mədənlərdən istifadəyə mədən avadanlıqlarını köçürməyə söz verib. Təhlükəsizlik Xidməti aydınlaşdırıb ki, “söhbət hərbi əməliyyatların Pokrovski istiqamətində yerləşən dövlət kömür şirkətlərindən birinin unikal və nadir texnikasından gedir”. Keçmiş məmur və onun üç şərikinə qarşı vəzifəli şəxs tərəfindən qanunsuz müavinət alma maddəsi ilə ittiham irəli sürülüb. Onları əmlakı müsadirə olunmaqla 12 ilə qədər həbs gözləyir.

(redaktor.az)