Məhkəmə dörd erməni müxalifətçini həbsdən azad etdi

İrəvan məhkəməsi iyunun 12-də parlament binası yaxınlığında polislə toqquşma zamanı saxlanılan 12 müxalifət fəalının həbs-qətimkan tədbirini dəyişib.

Viral.az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə vəkil Ruben Melikyan məlumat verib.

“Məhkəmə prosesdə həbs qətimkan tədbirinin dəyişdirilməsi və 8 siyasi məhbusun ev dustaqlığından, 4 siyasi məhbusun isə həbsdən azad edilməsi barədə qərar qəbul edib. Məhkəmə yeri tərk etməmək və inzibati nəzarəti təmin etmək barədə akt tətbiq edib. Məhkəmə zalında vətəndaşların azadlığı bərpa edilib”, – deyə o bildirib.

Son Yazılar:

Xatırladaq ki, iyunun 12-də İrəvanda parlament binası yaxınlığında baş nazir Nikol Paşinyanın istefası tələbi ilə müxalifətin mitinqinin iştirakçıları ilə polis arasında toqquşma baş verib. Aksiya iştirakçıları iddia edirdilər ki, Paşinyan Azərbaycanla danışıqlarda birtərəfli güzəştlərə gedir, “Dağlıq Qarabağ”ı, eləcə də Tavuş rayonunun sərhəd kəndlərini Bakıya verir. Toqquşmalar zamanı polis gözyaşardıcı qazdan və səs-küylü qumbaralardan istifadə edib və yüzdən çox vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

(redaktor.az)