Premyer Liqada daha iki görüş baş tutacaq

Misli Premyer Liqasının XV turunda bu gün daha iki görüş baş tutacaq.

Viral.az-ın məlumatına görə, əvvəlcə “Şamaxı” evdə “Kəpəz”lə qarşılaşacaq.

Şamaxı şəhər stadionununda keçiriləcək matç 14:30-da başlayacaq. Görüşü İnqilab Məmmədov idarə edəcək. “Şamaxı” hazırda 13 xalla turnir cədvəlində 7-ci yerdə qərarlaşıb. 7 xala malik Gəncə təmsilçisi isə sonuncu – 10-cu yerdədir.

Son Yazılar:

Günün digər görüşü Zirə İdman Kompleksinin stadionununda keçiriləcək. Rəşad Əhmədovun idarə edəcəyi “Zirə” – “Sumqayıt” qarşılaşmasına saat 17:00-da start veriləcək.

“Zirə” turnir cədvəlində 20 xalla beşinci pillədədir. “Sumqayıt” isə 16 xalla altıncı yerdədir.

Misli Premyer Liqası

II dövrə, XV tur

30 noyabr

14:30. “Şamaxı” – “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Zöhrab Abbasov, Rahil Ramazanov, Əkbər Əhmədov.

VAR: Tural Qurbanov.

AVAR: Teymur Teymurov.

Hakim-inspektor: Əmrah İbrahimov.

Şamaxı şəhər stadionu

17:00. “Zirə” – “Sumqayıt”

Hakimlər: Rəşad Əhmədov, Vüsal Məmmədov, Rəhman İmami, Elvin Bayramov.

VAR: Nicat İsmayıllı.

AVAR: Asiman Əzizli.

Hakim-inspektor: Ceyhun Haşımov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, XV turun ötən gün keçirilən oyunlarında “Araz-Naxçıvan” evdə “Turan Tovuzu”, “Sabah” isə “Səbail”i 1:0 hesabı ilə məğlub edib. Tura sabah “Neftçi” – “Qarabağ” matçı ilə yekun vurulacaq.