Mansur İbayev vəfat etdi – FOTO

 

Azərbaycanda hakim vəfat edib.

Viral.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

Son Yazılar:

Bildirilib ki, Məhkəmə Hüquq Şurasının üzvü Mansur İbayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Mansur İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb.

Qubadlı, Ağdaş, Göyçay rayonlarında məhkəmə sədri, 1976-cı ildən, 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Azərbaycan Respublikası Ağır Cinayətlərə dair işlər üzrə məhkəməsinin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının üzvü, Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində işləyib.

2006-cı ildə isə “Şöhrət” ordeni ilə təltif edilib.