Bakıda Pakistanın Müstəqillik Günü qeyd olunub.
Viral.az xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Pakistan icmasının üzvləri və Azərbaycan vətəndaşları iştirak ediblər.
Tədbir Pakistan dövlət bayrağının qaldırılması ilə başlayıb. Daha sonra tədbir iştirakçılarına Pakistan Prezidenti Asif Əli Zərdarinin və Pakistanın Baş naziri Şahbaz Şərifin bu günün Pakistan xalqı üçün əhəmiyyətini vurğulayan mesajları oxunub. Pakistanın sülhü, firavanlığı və inkişafı üçün də dualar edilib.
Son Yazılar:
- İlham Əliyevdən COP29-un yekunları ilə bağlı paylaşım
- Bəzi avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
- Rumıniyada prezident seçkisi KEÇİRİLİR
Pakistanın Azərbaycana yeni təyin olunmuş səfiri Qasım Mohiuddin isə çıxışında xalqına sülh və firavanlıq arzulayıb, onlar üçündür və təhlükəsizliyin önəmini vurğulayıb. Həmçinin Pakistan və Azərbaycan xalqlarının tarixə söykənən dostluqlarının vacib əhəmiyyət kəsb etdiyini deyib.