Rusiya alimləri süd vəzisi xərçəngində limfa düyünlərinin sürətli diaqnostikası üsulunu hazırlamağa nail olublar.
Viral.az xarici KİV-ə istinadən bildirir ki, bu xərçəng növü bütün dünyada ən çox yayılmış xəstəliklərdən biridir. Rusiyada döş xərçəngi dəri xərçəngindən sonra ikinci yeri tutur, traxeya, bronxlar və ağciyər xərçəngini bir qədər qabaqlayır.
Hal-hazırda döş xərçəngi diaqnozunun əsas üsulu histoloji müayinədir. Təxminən iki həftə çəkir.
Son Yazılar:
- “Nəslimizin belini qırırsan” – Əməkdar artist
- Rasim Balayevin səhhəti necədir?
- MİQ-ə sənəd verənlərin yaş aralığı – SİYAHI
Məhz buna görə də yerli mütəxəssislər xəstəliyin diaqnozu üçün problemi daha tez müəyyən etməyə imkan verəcək yeni metodun tapılması üzərində işləməyə başlayıblar.
Alimlər “flüoresan makro” görüntüləmə əsasında optik ekspress biopsiyanın metodunu hazırlamağa müvəffəq olublar.
Məlumata görə , bu, bir neçə dəqiqə ərzində sağlam limfa düyünlərini patoloji olanlardan ayırmağa imkan verir .
Hazırlanmış diaqnostik üsul artıq döş xərçəngi olan 47 xəstədən götürülmüş limfa düyünləri nümunələri üzərində sınaqdan keçirilib. Bu, öz effektivliyini göstərib.
Səhiyyə Nazirliyi bildirib ki, gələcəkdə alimlər sistemdən digər şiş növlərinin tədqiqi üçün istifadə etməyi planlaşdırırlar.
Yusif EYVAZLI